2009-cu ilin 3 oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) yaradılması haqqında Bəyannamə imzalanıb. 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbul sammitində bu tarix “Türkdilli Xalqların Həmrəyliyi Günü” (Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü) kimi təsis olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla Türk dünyasının birliyi daha da möhkəmlənib. Ötən illər ərzində Türk Şurası çərçivəsində bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul edilib, layihələr həyata keçirilib.

Azərbaycan Milli Kitabxanası əlamətdar gün münasibətilə virtual sərgi hazırlayıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Turkdilli_dovletlerin_emekdasliq_gunu/index.htm