AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” monoqrafiyası çap olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli kitaba “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı ön söz yazıb. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.

Yeni nəşr “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, “Poeziyamızın Vətən müharibəsi – Qarabağ”, “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlı fəsillərdən ibarətdir.

Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiya “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.