BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dördüncü dövr məruzəsi təqdim olunub.

Onlayn formatda gerçəkləşən iclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak edib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalı nəticəsində ölkəmizin humanitar, iqtisadi və mədəni irsin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, 30 illik işğal nəticəsində Azərbaycan xalqına məxsus tarixi abidələr, mədəni irs obyektlərinin əksəriyyəti vandalizmə məruz qalıb. Bəşəri dəyərləri heçə sayan Ermənistan Azərbaycanın mədəni mirasını dağıdıb, talan edib, yaxud da mənimsəyib.