M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Cəbrayıl şəhərinin işğaldan aad edilməsinin birinci ildönümü münasibətilə “Cəbrayıl” adlı virtual sərgini təqdim edib.
1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin səkkizinci günündə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində azad edilib. Cəbrayıl rəşadətli Ordumuzun 44 günlük müharibədə işğaldan azad etdiyi ilk şəhər – rayon mərkəzidir.
Milli Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Cebrayil/index.htm