Bakı Dövlət Sirkinin fəaliyyətə başlamasının 75 illik yubileyi münasibətilə miniatür kitab işıq üzü görüb.

Miniatür kitabda Bakı Dövlət Sirkinin tarixi inkişaf mərhələlərinə aid mövzulara yer verilib. Bundan başqa, miniatür kitabda Azərbaycan sirkinin bir çox korifeyləri haqqında məqalələr, Bakı Dövlət Sirkinin 2021-ci ildə həyata keçirdiyi yeni layihələr haqqında məlumatlar da dərc olunub.

“Bakı Dövlət Sirki” miniatür kitabının nüsxələri İçərişəhərdəki Miniatür Kitab Muzeyinə də təqdim edəcək.