Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin IX-XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” inşa müsabiqəsi davam edir.

Mərkəzdən bildirilib ki, inşalar oktyabrın 15-dək info@monitorinqmerkezi.az elektron ünvanında qəbul edilir. Təqdim olunan inşalar maksimum 1000 sözdən ibarət, mövzu 44 günlük Vətən müharibəsi ilə bağlı olmalıdır. İnşalar Azərbaycan dilində yazılmalı, daha əvvəl heç yerdə dərc edilməməlidir.

Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdır. Həmçinin məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək, yazıda ədəbi dil normalarına ciddi əməl olunmasını təşviq etmək, eləcə də doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə ötürülməsinə nail olmaqdır.