Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ərəfəsində “Zəfər palitrası” adlı sərgi keçiriləcək.

Sərginin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və böyük tarixi Zəfərin rəssamların peşəkarlığı və yaradıcılıq məharəti ilə təsviri və dekorativ-tətbiqi sənət əsərlərində nümayiş olunmasıdır.

Sərgidə yerli və xarici rəssam, heykəltəraş, təsviri və dekorativ-tətbiqi sənət ustaları iştirak edə bilər. İştirakçıların siyahısı Sumqayıt Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

Noyabrın 5-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlərin müəllifləri diplomlarla təltif ediləcək.