Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən BDU-nun Qazax filialının tələbələrinə “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda mühazirə oxunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə narkomaniya və narkobiznesə qarşı mübarizə məqsədilə çəkilən “İbrət” qısametrajlı filminin təqdimatı olub. Film gənc övladları kənar təsirlərə uyaraq narkoman olan və sonu ölümlə nəticələnən bir ailənin faciəsindən bəhs edir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov bəşəri bəlaya qarşı mübarizədə maarifləndirmə işinin zəruriliyini vurğulayıblar.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov tərəfindən regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və aşıq məktəblərinin direktorları ilə görüş keçirilib. Təhsil prosesinin təşkili, məktəblərdə əmək intizamı ilə bağlı tapşırıqlar verilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyasına Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdam nümayəndəliyinin əməkdaşları və könüllülərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı gənclər qalereyanın rəssamları tərəfindən Vətən müharibəsinə və şəhidlərimizə həsr olunmuş rəsm əsərləri ilə tanış olublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin 3-cü sinif şagirdləri Nigar Mustafayeva və Əli Məmmədli Rusiyanın Kazan şəhərində onlayn formatda keçirilən beynəlxalq festivalda 10-12 yaş arasında 2-ci yerə layiq görülüblər. Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri 13 yaşlı Aytac Vəliyeva 2-ci, 11 yaşlı Valeriya Olxovaya isə Kanadanın Ottava şəhərində onlayn formatda keçirilən müsabiqədə 3-cü yerə layiq görülüblər.

NURƏDDİN