30 sentyabr – 3 oktyabr tarixlərində Rusiya Federasiyasının Barnaul şəhərimdə “Böyük Altayın Türk-Moğol dünyası: tarixi - mədəni irs və müasirlik” mövzusunda II Beynəlxalq Altay Forumu keçirilib.
Forum Asiya Universitetləri Birliyi, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu, Kazan Federal Universiteti, I.J.Balasagun adına Qırğız Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı Nigar İbrahimli forumda iştirak edib.
Altay Dövlət Universitetinin konsert zalında təşkil olunmuş tədbirdə Türk-Moğol dünyasının müxtəlif tarixi dövrlərinin arxeologiyası, ənənələri, folkloru, demoqrafiyası məsələlərinə dair məruzələr dinlənılib. Forumda Altay Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya Muzeyinin Virtual Muzeyin “Böyük Altay - Türklərin ana yurdu” adlı təqdimatı böyük marağa səbəb olub. Həmçinin Böyük Altay xalqlarının həyatında siyasi və hüquqi, etnopolitik, etnomədəni, dövlətlərarası və millətlərarası proseslərin təhlilinə həsr olunmuş çıxışlar dinlənilib.
Forumun iştirakçılar Dağ-Altay Respublikasının tarixi məkanlarına ekskursiya ediblər.