Oktyabrın 10-u görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın (1939–1992) anadan olmasının 82-ci ildönümüdür.

Ölkəmizdə ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru olan Aida İmanquliyeva İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında mühüm xidmətləri ilə yadda qalıb. Alim yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə görkəmli şərqşünas alimin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Serqsunas_alim_Aida_%C4%B0manquluyeva/index.htm

***

Oktyabrın 10-da görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, professor Abbas Zamanovun (1911–1993) 110 illik yubileyi tamam olur.

Abbas Zamanov XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrinin ədəbi irsi haqqında tədqiqatlar aparıb. Xüsusilə C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığının ədəbi-ictimai mühitlə əlaqəsi probleminə həsr olunmuş əsərləri ədəbiyyatşünaslığımızda sənətkar və onun yaşadığı dövrlə münasibətləri kimi yeni bir istiqamətin əsasını qoyub.

Yubiley münasibətlə Milli Kitabxana tərəfindən “Abbas Zamanov – 110” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə görkəmli ədəbiyyatşünasın fəaliyyəti ilə bağlı fotoları, mükafatları, müəllifi, tərtibi və redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Abbas_Zamanov_110/index.htm