Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihə qəbulu oktyabrın 15-də başa çatır.

Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elm sahələrini əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, tarixi-mədəni abidələrin tədqiq edilməsidir. Həmçinin bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən elmi-tətbiqi xarakterli layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Elmin İnkişafı Fondundan bildirilib ki, müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.