Şəmkir Regional Mədəniyyət İdarəsi əhatə etdiyi Gədəbəy Aşıq Məktəbində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar aşıq sənəti üzrə ixtisasartırma təlimi keçirilib. Tədbirdə regional idarənin rəisi Zöhrab Adıgözəlov və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev iştirak ediblər.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin IX sinif şagirdlərinin “Azərxalça” ASC-nin Qazax filialına ekskursiyası təşkil edilib. Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində 7 oktyabr - Dünya Layiqli Əmək Gününə həsr olunmuş “Həyatımızın cövhəri - layiqli əmək” adlı tədbir keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin qarmon sinfinin V sinif şagirdi Ruhi Məmmədov bu ilin iyul ayında Qazaxıstan Respublikasında keçirilən “Tessa” musiqi müsabiqəsinin I turunda I yeri qazanıb. Məktəbin müəllimləri Yaşar Əhmədov və Nərgiz Məmmədova isə müsabiqənin fəxri fərmanına layiq görülüblər. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov mükafatları sahiblərinə təqdim edərək onlara daha böyük uğurlar arzulayıb.