Oktyabrın əvvəlindən karantin qaydalarının yumşaldılmasından sonra Şuşa Dövlət Musiqili Dram Teatrı da yeni mövsümü açıb. Teatrda oktyabrın 9-da Altay Məmmədovun “Dəli Domrul” tamaşası nümayiş olunub.

Tamaşanın quruluş müəllifi teatrın baş rejissoru. Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa ediblər.