Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüş keçirilib.

Görüşdə iki ölkənin turizm potensialı və turizm təhsili üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunub.

Rektor İlham Mədətov universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib.

Sonra səfirliyin nümayəndələri ATMU-nun turizm ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüblər. İştirakçılara Macarıstanın turizm potensialı və ölkənin təhsil təqaüdləri haqqında məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın Debretsen Universiteti ilə ATMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Görüşün məqsədi təhsil sahəsində mümkün əlaqələrin genişləndirilməsi olub.