Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi ABŞ-ın Florida ştatında keçirilən beynəlxalq onlayn film festivalında (avqust – sentyabr 2021) münsiflər tərəfindən “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Yaradanlar” filmi 2020-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunub. Filmin ideya müəllifi Elbay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.