Füzuli və Xocavənd rayonlarının səkkiz kəndi azad edilib

 

Vətən müharibəsinin 18-ci günündə Azərbaycan Silahlı Qüvvələri Füzulu və Xocavənd istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirib.

  • Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bu xəbəri rəsmi “Twvitter” səhifəsində paylaşıb.

 

  • Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan işğalçı qüvvələrinin 3 ədəd “Elbrus” raket qurğusunu raketlərlə birlikdə məhv edib.

 

  • Müdafiə Nazirliyi düşmənin bölmələrimiz tərəfindən məhv edilən raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.

 

  • Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

 

  • Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib.

 

  • Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

 

  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.