Paytaxtımızın mədəni həyatında mühüm hadisəyə çevrilən VII Bakı Beynəlxalq Kitab-Sərgisi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası üçün də yaddaqalan olub. Kitabxana həm zəngin kitab kolleksiyasını təqdim edib, həmçinin öz stendində “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya dövründə fəaliyyəti” adlı konfrans keçirib.

Konfransı elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq kitabxananın pandemiya şəraitində fəaliyyəti haqqında qısa məlumat verib. İnformasiya-resurs şöbəsinin müdiri Günay Həsənova pandemiya dövründə həyata keçirilən iyirmidən çox layihə, əllidən artıq virtual kitab sərgisi, onlayn müsabiqələr və s. haqqında söz açıb.

Metodika-biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova pandemiya dövründə əməkdaşlar tərəfindən hazırlanmış aktual mövzuları əhatə edən elektron məlumat bazaları, biblioqrafik göstəricilər, metodiki vəsaitlər, məlumat bülletenləri, biblioqrafik vəsaitlər, virtual sərgilər, videoçarxlar, slaydlar, multimediyalar haqqında bəhs edib.

Respublika Gənclər Kitabxanası VII Bakı Beynəlxalq Kitab-Sərgisində iştirakına görə sertifikatla təltif olunub.