Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Zəfər” musiqi festivalının I turu Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşib. Tədbirdə regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə rayonun Xındırıstan və Çəmənli kənd tam orta məktəbləri şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı mərkəzin bələdçisi Yunis İbrahimov şagirdləri ulu öndər Heydər Əliyevin sovet və müstəqillik dövrlərində Ağdam rayonunun kənd və qəsəbələrinə səfərləri, dünya siyasətçiləri ilə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərlə tanış edib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov teatrşünas, tənqidçi Anar Burcəliyevi regional idarənin tədbirlərində fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edib. Gəncə şəhəri F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Merac” adlanan “Yeddi rəng” fəlsəfəsi” mövzusunda tədbir keçirilib. Goranboy rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin işçiləri “Sirli-sehrli söz boğçamız” adlı “nağıl saatı” keçiriblər.

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “Mənim dünyam” filmi nümayiş etdirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mərkəzi Kitabxanasının Kəpənəkçi kənd filialının təşkilatçılığı ilə kəndin körpələr evində “Bizim nağıl dünyamız” adlı “nağıl saatı” keçirilib.