Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edir.

Xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqəyə qatıla bilərlər. Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyət vəsiqəsinin surəti

  • Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

  • Əmək kitabçasının surəti

  • Tərcümeyi-hal

  • Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

  • 2 ədəd fotoşəkil (3x4)

  • Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

Sənəd qəbulu 01 dekabr 2021-ci il tarixinədək davam edəcək.

Əlaqə telefonları:

Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194)

Qəbul otağı: (012) 498 13 21

E-mail ünvanı: info@musiqiliteatr.az