Tanınmış müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, hər il olduğu kimi, sənətsevərlərə ənənəvi qış konsertini təqdim edəcək.

Konsert proqramı dekabrın 25-də Xəzər dənizi sahilində yerləşən “Sea Breeze Event Hall”da təşkil olunacaq. Proqrama sevilən müğənninin repertuarında yer alan hit mahnılarla yanaşı, yeni musiqi nömrələri də daxildir.

Qeyd edək ki, Eminin dekabr konsertləri artıq Bakı tamaşaçıları üçün bir ənənə halı alıb və hər il səbirsizliklə gözlənilən musiqi gecələrindən biridir. Populyar müğənninin hər konserti musiqisevərlərə unudulmaz anlar yaşadır. Budəfəki musiqili qış nağılı da yaddaşlarda dərin iz buraxacaq.

Konsertə qatılmaq istəyənlərdən COVİD-19 pasportu, yaxud immunitet sertifikatı tələb olunacaq.