Şəki şəhər "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğu bu il bir sıra yeni layihələr həyata keçirəcək. Məqsəd bölgəyə gələn turistlərin sayının artırılmasına nail olmaqdır. 
   Qoruğun direktoru Təranə Abdullayevanın verdiyi məlumata görə, aprel ayından etibarən Xan sarayına gələn turistləri milli geyimli qızlar qarşılayacaq. Artıq milli geyimlər üçün sifarişlər verilib: “Düşünürəm ki, baxıcı-bələdçilər tərəfindən buraya gələn qonaqların milli geyimlərdə qarşılanması böyük marağa səbəb olacaq, turistlərdə xoş əhval-ruhiyyə yaradacaq”.
   Son illər qoruq ərazisində bir sıra quruculuq tədbirlərinin həyata keçirildiyini deyən T.Abdullayeva Şəki Xan Sarayının qarşısındakı bağda bərpa işlərinin aparılacağını bildirdi: “Layihə yaxın vaxtlarda həyata keçiriləcək. Ərazidə bağın qədimiliyini qaytaran bərpa işləri aparılacaq. Sərv ağacları əkiləcək. Hovuzun hər tərəfində, Xan bağında məhəccərli oturacaqlar qoyulacaq ki, gələn qonaqlar orada istirahət edə bilsinlər”.
   Ceyhun