Kitabxana İncəsənət Gimnaziyasında tədbir təşkil edib

 

Müzəffər Azərbaycan Ordusunun çinarlar yurdu Zəngilanı düşmən işğalından azad etməsinin bir ili tamam oldu. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində qüdrətli Ordumuz ildırımsürətli əks-hücumla 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri yağıdan təmizləndi, rayonun işğal tarixi olan 29 oktyabr (1993) tarixi təqvimimizdən silindi.   

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasında “Zəngilan, qayıdışın mübarək!” adlı tədbir təşkil edib.

Tədbirdə torpaqlarımızın azad olunmasından və zəngilanlıların tezliklə öz dədə-baba torpaqlarına qayıdacağından söhbət açılıb. Zəngilan rayonu haqqında geniş məlumat verilib.

Sonda gimnaziyanın şagirdləri “Zəngilan” şeirini səsləndiriblər.