Oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsinin 1 ili tamam olur. 2020-ci ilin 27 sentyabrında başlanan  Vətən müharibəsinin 24-cü günündə Azərbaycan Ordusu 27 il Ermənistanın işğalı altında qalan Zəngilan rayonunu azad edib.

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. 27 illik işğal müddətində düşmən bu torpaqları da viran qoymuş, rayon ərazisində bütün tikililəri, tarixi abidələri, mədəni irsi dağıtmış, meşələri qırıb talamışdı.

Azərbaycan Milli Kitabxanası tarixi yurd yerimizin işğaldan azad olunmasının ildönümü  münasibətilə “Zəngilan işğaldan azad olundu!” adlı virtual sərgi təqdim edib. Sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Zengilan/index.htm