Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə gerçəkləşən II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində maraqlı təqdimatlar da olub.

Heydər Əliyev Sarayında Əməkdar artist İnarə Babayevanın ideya müəllifi və tərtibçisi olduğu ingilis dilində nəşr edilən “Azərbaycan opera ifaçılığı antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Soprano və mezzo-soprano səslər üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru bəstəkar, Xalq artisti, professor Elnarə Dadaşovadır.

Təqdimatda nəşr haqqında məlumat verilib, kitabın əhəmiyyəti vurğulanıb. Sonra Əməkdar artist Əli İbrahim Əhmədov, Taleh Yəhyayev, Rza Xosrovzadə və Ürfan Cəfərovun ifasında Azərbaycan bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb.

LALƏ