Tanınmış telejurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu 19 oktyabr 2021-ci il tarixində, 47 yaşında koronavirusdan dünyasını dəyişib.

Elnur Əşrəf oğlu Şükürov 1974-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Jurnalist fəaliyyətinə 1992-ci ildə başlayıb, bir sıra qəzetlərdə fəaliyyət göstərib.

1993-cü ildə Azərbaycan Televiziyasında işə başlayıb. O, 1994-cü ildə AzTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman verilişi ilə tanınıb.

Müxtəlif vaxtlarda AzTV-nin Xəbərlər baş redaksiyasında böyük redaktor, İdman proqramları baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Daha sonra "Neftçi" futbol klubunun mətbuat katibi və klub prezidentinin müşaviri olub.

2015-ci ildə Azərbaycan Cüdo Federasiyası baş katibinin müavini təyin edilən jurnalist eyni zamanda federasiyanın mətbuat xidmətinin rəhbəri idi.   

Elnur Əşrəfoğlu Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.