“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır. Videoçarxda zəngin mədəni irsə malik olan Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından bəhs olunur.

Qeyd edilir ki, Bakı şəhərində yeni göydələnlər, ticarət mərkəzləri, ən müasir biznes mərkəzləri və hotellər tikilməkdədir. Həmçinin ölkəmizin dəniz qapıları olan, eyni zamanda Bakı şəhərini beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzinin qovşağına çevirən Beynəlxalq Dəniz Ticarət Limanının görüntüləri də nümayiş etdirilir.

Videoda Şəki Xan sarayına dair kadrlar, eləcə də otuzillik işğaldan sonra azad edilən Şuşanın mənzərələri yer alıb.