Xəbər verdiyimiz kimi, oktyabrın 14-dən 17-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı Bakıda “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalı keçirilib. Festival müddətində dahi şairin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında təsvirlər Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası fonunda nümayiş olunub.

Mədəniyyət Nazirliyi tərəfindən festivalın “Euronews” telekanalında işıqlandırılması təmin edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gələn  festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində (Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyi) qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək ictimaiyyətin diqqətinə çatdırmaqdır.

“Euronews” kanalında yayımlanan süjeti bu linkdə izləmək mümkündür: https://www.euronews.com/2021/10/20/a-festival-of-light-baku-s-spectacular-3d-projection-show