Vətən müharibəsinin iştirakçısı Əzizov Bilal Ağabəy oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şabran regional idarəsinin Siyəzən rayonu üzrə baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib. Dövlət Xidmətinin rəisi Azad Cəfərli Bilal Əzizova fəaliyyətində uğurlar arzulayıb.

Bilal Əzizov İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, ilin əvvəlindən 25 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü olan şəxslər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işlə təmin olunublar.