44 günlük Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsindən bir il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlatdığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad olunub. Artıq təqvimimizdə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal (1993, 31 avqust) tarixini yox qurtuluş gününü qeyd edirik.

Əlamətdar hadisənin birinci ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Qubadlı bizimdir” adlı virtual sərgi açılıb.

Sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilərlər.