Oktyabrın 30-da Abdulla Şaiqin Mənzil-Muzeyində “Qələbəmizi yaşadanlar” adlı tədbir keçiriləcək.

II Qarabağ müharibəsində şanlı Zəfərimizin ildönümünə və qəhrəman Vətən fədailərinə həsr olunan tədbirin məqsədi igid oğulların keçdiyi Zəfər yolunu gənc nəslə təbliğ etməkdir.

Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçıları, onların ailə üzvləri və məktəblilər iştirak edəcək. Görüşdə müharibədə düşmənə qan udduran rəşadətli oğullarımız yaşadıqları döyüş səhnələrindən bəhs edəcəklər. Məktəblilərin ifasında şeirlər və zəfər mövzulu nəğmələr səslənəcək.

LALƏ