Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbiristanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. Daşdan yonulmuş at fiqurları monitorinqlər zamanı aşkar edilib. Abidələrin qeydiyyata alınması və qorunması istiqamətində tədbirlər görülüb.