Müharibənin 33-cü günündə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.

  • Silahlı Qüvvələrimizin bölmələri tərəfindən düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

  • Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb. Nazirlik düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb.

  • Oktyabrın 27-28-də Bərdədə mülki infrastruktur və dinc əhalii atəşə tutan düşmən bölmələri, işğalçı ordunun qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilib.

  • Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

  • ANAMA-nın məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb. Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.