UNESCO-nun Dünya İrsi Şəhərləri Proqramı və 31 oktyabr – Dünya Şəhərləri Günü münasibətilə tədbirlər çərçivəsində UNESCO-nun Dünya İrs Mərkəzi tərəfindən onlayn formatda beynəlxalq konfrans keçirilib.

Konfrans UNESCO-nun Tarixi Şəhər Landşaftına dair 2011-ci il tarixli tövsiyələrinin icrası və iqlim dəyişmələri və ətraf mühitin tarixi məkanlara təsirlərinin müzakirəsinə həsr olunub.

Konfransa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov da qatılıb. O, qoruq ərazisində dayanıqlı inkişaf məqsədlərinin bir hissəsi kimi iqlim və ətraf mühit faktorlarının önlənməsi istiqamətində son illər həyata keçirilən tədbirlərdən danışıb. E.Məmmədov, xüsusilə 2020-ci ildə İçərişəhərdə açılışı edilmiş Bakı Xanları Parkı haqqında məlumat verib, yeni yaradılmış parkın sakinlərin və qoruğun ziyarətçilərinin sevimli məkanlardan birinə çevrildiyini bildirib.