Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.

Fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfə mükafatçı ölkələr arasında yer alıb.

Mükafatlandırma mərasimi ənənəvi olaraq Moskvada – Qələbə Memorial Kompleksində keçirilir. Pandemiya səbəbindən ƏSA Teatrının nümayəndəsi mərasimdə iştirak edə bilməsə də, mükafat Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub. 

Təqdimat Mədəniyyət Nazirliyi ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun birgə həyata keçirdiyi “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinin tədbiri çərçivəsində baş tutub.