Əlcəzairin “Aladabia.net” ədəbiyyat portalında Xalq yazıçısı Sabir Əhmədlinin ərəb dilinə tərcümə edilmiş “Dənizdən gələn səda” hekayəsi dərc olunub.

Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) yayımlanan hekayə ilə yanaşı yazıçının yaradıcılığı haqqında məlumat da verilib.

Hekayən orijinaldan ərəb dilinə ədəbiyyatşünas, tərcüməçi Əhməd Sami El-Aydi çevirib. Azərbaycan ədəbiyyatı nümunələrinin ərəbdilli nəşrlərdə yayılmasına töhfələr verən Əhməd Sami El-Aydi bir müddət əvvəl Bakıdakı Misir Mədəniyyət Mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, “Aladabia.net” portalının 20-dən çox ərəb ölkəsində geniş oxucu auditoriyası var.

Sabir Əhmədlinin "Dənizdən gələn səda" hekayəsi ərəb dilində aşağıdakı linkdə:

https://aladabia.net