F.Köçərli adına Respublika Uşaq Kitabxanasında həyata keçirilən “Nağıl saatı” layihəsinin növbəti qonağı tanınmış uşaq yazarı, Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatı laureatı Gülzar İbrahimova olub.

Oktyabrın 31-də kitabxananın böyük oxu zalında keçirilən görüşdə paytaxtın 229 və 312 saylı tam orta məktəblərinin 1 və 2-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirdə Gülzar İbrahimova “Tülkü balası”, “Mən daha böyüyəm”, “Dəniz balası” nağıllarını, “Göydə neçə ulduz var?” şeirini və tapmacalar səsləndirib. Müəllif yeni kitabları haqqında da balaca oxuculara ətraflı məlumat verib. Uşaqların maraqla qarşıladığı görüşdə yazıçı balacaların suallarını cavablandırıb.

Sonda yazar tərəfindən hər iki məktəbin kitabxanasına “Sirus və Virusun macəraları” kitabını hədiyyə edilib və xatirə şəkilləri çəkdirilib.