Böyük Zəfərə bir həftə qaldı...

 

  • Müharibənin 36-cı günündə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

  • Müdafiə Nazirliyinin məlumatına əsasən, işğalçı Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi, bir piyadaların döyüş maşını, iki BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.
     
  • Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
     
  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb. Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb. Düşmənə məxsus iki “Qrad”, iki artilleriya batareyası çıxarılıb. Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.