Oksford lüğətini hazırlayan və daima yeniləyən “Oxford Languages” şirkəti ənənəvi olaraq hər ilin yekununda ingilis dilində ən çox işlədilən sözləri müəyyən edir. “Oxford Languages” 2021-ci ilin də məşhur sözünü elan edib. İlin başa çatmasına hələ iki ay qalsa da, birinciliyi hansı sözün qazandığı artıq məlumdur.
2021-ci ildə dillərdən düşməyən, adi vətəndaşlardan rəsmilərədək hər kəsin ən çox istifadə etdiyi söz peyvəndin (vaksinin) ingiliscə qısaldılmış variantı (abreviaturası) – “vax” sözü olub. Statistikaya əsasən, bu söz əvvəlki illərlə müqayisədə 72 dəfə çox işlədilib.
Qeyd edək ki, ötən ilin ən məşhur sözləri “selfie” və “post-truth” (həqiqəti yazın) olmuşdu.