Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərsləri davam edir.

Muzeydən bildirilib ki, dərslərdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə ətraflı məlumat verilir. Ustad dərsləri üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunur.

Qeyd edək ki, muzey əməkdaşları tərəfindən hər həftənin dördüncü günü təşkil olunan ustad dərslərində həmçinin iştirakçılara Kamil Əliyevin əsərləri əsasında eskizlərin hazırlanması da öyrədilir.