• Müharibənin 37-ci günündə döyüş əməliyyatları əsasən cəbhənin  Xocavənd və Qubadlı istiqamətlərində gedib. Cəbrayıl və Zəngilan rayonlarının ərazisini işğalçılardan təmizləyən Silahları Qüvvələrimizin ön bölmələri Qubadlı rayonunun daha üç kəndini azad edib.
     
  • Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün “Twitter” hesabında paylaşım edib.
     
  • Müdafiə Nazirliyi düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, on müxtəlif tipli topu, üç sursatla dolu yük maşını və beş digər avtomobil texnikasının sıradan çıxarılması barədə məlumat yayıb.
     
  • Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin Su-25 döyüş təyyarəsi bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulub.
     
  • Ermənistan silahlı qüvvələrinin “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.