Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il Nizami

Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

Bunu Qlobal Bakı Forumunun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib.

Tədbirə videokonfrans formatında qoşulan Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunduğuna görə təşəkkürünü bildirib: “Bu medal həmçinin Azərbaycanın dahi şahiri Nizami Gəncəvinin humanist ideyalarına bir bağlılıqdır. Biz planetimizin sağlamlığını təmin etməliyik. Həmrəylik nəticəsində bu çətinliklərdən alnıaçıq çıxacağıq”.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya da videokonfrans formatında tədbirə qoşularaq deyib: “Bu medalı qəbul etmək mənim üçün böyük şərəfdir. Dahi şair Nizami Gəncəvi uzaqgörənliyi ilə seçilən bir şəxs olub. Onun dəyərli fikirləri artıq çoxdan öz ana vətənindən kənara çıxıb. O, dünya mədəni irsinin bir hissəsidir. Nizami Gəncəvinin “Xəmsə”də yazdığı fikirlər BMT-nin də ideyalarına uyğundur”.