• Müharibənin 39-cu günü döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Eyni zamanda Şuşanın fatehləri olacaq igidlərimiz artıq qala-şəhərə doğru Zəfər yoluna çıxmışdılar...

  •  Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün “Twitter” hesabında paylaşım edib.
     
  • Müdafiə Nazirliyinin məlumatına görə, son  sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, iki T-72 tankı, üç D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir taktiki PUA-sı, üç hərbi yük maşını sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin bir “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.
     
  • Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb. • İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
     
  • Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.