Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə qərar imzalayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən, respublikanın müxtəlif şəhər və rayonlarında 37 tədris-tərbiyə müəssisəsinə (məktəb, lisey, gimnaziya, bağça və s.) Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Biləsuvar şəhəri Uşaq incəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun, Biləsuvar rayonu Xırmandalı kənd Uşaq incəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayevin, Neftçala şəhər Uşaq incəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəman Camal Vidadi oğlu İsmayılovun adı verilib.