İsmayıllı Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi İsmayıllı, Qəbələ və Qobustan rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü və Türkiyə-Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans təşkil olunub.

Onlayn tədbirdə İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, Türkiyənin Hacettepe Universitetinin professoru Ali Çağlar, türkoloq Cəlal İbrahimov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun professoru İlham Həsənov, mədəniyyət müəssislərinin rəhbər və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülnar Yusibova konfrans haqqında məlumat verdikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun misilsiz rəşadət nümayiş etdirərək 30 illik işğala son qoyduğunu bildirib. Qeyd edib ki, müharibənin ilk anlarından qardaş Türkiyə dövləti Azərbaycana bu haqqı işində siyasi-mənəvi dəstək verib.

Hacettepe Universitetinin professoru Ali Çağlar Türkiyə-Azərbaycan əlaqələri və bölgənin siyasi-coğrafi mövqeyi, qardaş Türkiyənin Azərbaycana dəstəyi haqqında danışıb.

Türkoloq Cəlal İbrahimov, professor İlham Həsənov, İsmayıllı, Qəbələ

Qobustan Heydər Əliyev mərkəzlərinin rəhbərləri Mayıl Fərəcov, Fuad Qasımzadə və Cahangir Ağaməmmədov çıxış edərək şanlı Qələbəmizə gedən yol və tarixi zəfərin əhəmiyyəti barədə söz açıblar.