Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən orden və medallarla təltif olunmuş bir qrup qazı görüş keçirib. Qazilərə hədiyyələr təqdim edilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, Azay Quliyev qaziləri salamlayaraq 44 günlük Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə onlara minnətdarlığını bildirib.

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, rayon və şəhərlərimizin azad olunmasında xüsusi igidlik və mərdlik nümayiş etdirdiklərinə görə müxtəlif medallarla təltif edilmiş Cavid Həsənov, Rəcəb Novruzov, Xankişi Yusifov və Çingiz Qədimov onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Görüşdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və icraçı direktorun vəzifələrini müvəqqəti icra edən Emil Çaparlı iştirak edib.