Azərbaycan Televiziyasının yeni “Oxuyan Vətən” layihəsi çərçivəsində sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevə aid olan “Azərbaycan” mahnısının yeni ifada və fərqli təqdimatda klipi çəkilib.

Layihədə möhtəşəm musiqiyə tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov fərqli təqdimatı ilə yeni nəfəs verib. Çəkilişlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada – Cıdır düzündə aparılıb.

“Zəfər günü”nə həsr olunan klip 8 noyabr tarixdə Azərbaycan Televiziyasında yayımlanacaq. Klipin quruluşçu rejissoru Elnur Qədirovdur.