Bakı Dövlət Sirki Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı kompozisiya təqdim edib.

Kompozisiyada əlində şəmşir, məşəl tutan cəngavərlər vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimizin düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları nümayiş etdiriblər.

Layihə ilə bağlı məlumat verən Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib: “Gələcəkdə bu ideyanı bir az da genişləndirib, kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi övladlarımızın vətənsevər, döyüşkən ruhda böyüməsinə öz təsirini göstərəcək”.

“Dəmir yumruq” adlı kompozisiyanın videosunu bu linkdə izləmək olar:

https://www.youtube.com/watch?v=Gv9guWJi9CI&t=43s