9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə üçrəngli (mavi, qırmızı, yaşıl) bayraq dövlət rəmzi kimi təsdiq edilib. Azərbaycan sovetləşəndən sonra bayraq dəyişdirilib.

1988-ci ildə başlanan xalq hərəkatında üçrəngli bayraq Azadlıq meydanda dalğalanıb. 1990-cı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən tarixi iclasında muxtar respublikanın bayrağı kimi qəbul edilib. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın dövlət rəmzi kimi təsdiq edilməsi haqqında xüsusi qanun qəbul edib.

Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!