Mədəniyyət Nazirliyinin "Səhnədən səngərə: Qazilər" layihəsi davam edir. Layihə çərçivəsində Vətən müharibəsinin iştirakçısı olmuş mədəniyyət işçiləri haqqında videomateriallar hazırlanaraq nazirliyin rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə izləyicilərə təqdim edilir.

Layihənin üçüncü buraxılışı qazi Vüqar Məmmədzadə haqqındadır.

Bu qəhrəmanlıq hekayəsi həm də Vətən savaşının başlandığını eşidər-eşitməz Almaniyadakı ali təhsilini yarımçıq qoyub, könüllü ordumuzun sıralarına yazılan gənc və istedadlı bəstəkar Vüqar Məmmədzadənin Zəfər himnidir.

Müharibədən öncə tamamlamaqda çətinlik çəkdiyi "Mənim yolum" əsərini şanlı Qələbəmizdən sonra şəhid və qazi qardaşlarınının qüruru ilə tamamlayıb, dünyanın böyük səhnələrində səsləndirən Vüqar Məmmədzadənin notlara köçmüş döyüş yolunu birgə dinləyək:

http://mct.gov.az/az/umumi-xeberler/13886