Azərbaycan Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də, ömrünün 66-cı ilində vəfat edib.

Abbas Ələsgər oğlu Kazımov 1 yanvar 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini rəngkarlıq, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bədii qrafika ixtisası üzrə bitirib.

Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, eləcə də UNESCO nəzdində Beynəlxalq Rəssamlar Federasiyasının üzvü olub. Rəngkarlıqda Şərq və klassik Qərb incəsənəti xüsusiyyətlərini özündə birləşdirən “xalça üslubu” ilə tanınan rəssam “Qırmızı və qara”, “Nağıl”, “Qarabağ atları” silsilə rəngkarlıq əsərlərinin, “Pirosmaniyə ithaf” silsilə qrafik əsərlərin müəllifidir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Moskvada, Vaşinqtonda və digər şəhərlərdə fərdi sərgiləri təşkil olunub.

Allah rəhmət eləsin.